EN

Beynəlxalq agentlik Azərbaycanda davamlı inkişaf proqnozlaşdırır

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına əsasən, Azərbaycan iqtisadiyyatının 2025 – 2030-cu illərdə orta illik artımı 2,66 faiz təşkil edəcək. Proqnozlara görə, 2025-ci ildə ölkə iqtisadiyyatı 3,5 faiz, 2026-cı ildə isə 2,5 faiz artacaq. Növbəti illərdə (2027 – 2030-cu illər) respublikada ÜDM-in artım tempi ildə orta hesabla 2,5 faiz olacaq.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in artım tempini 3,7 faiz, 2026-cı ildə 3,2 faiz, 2027-ci ildə isə 3,6 faiz səviyyəsində proqnozlaşdırır. Beynəlxalq reytinq agentliklərinin proqnozları isə fərqlənir. Belə ki, “S&P Global” 2025 – 2026-cı illərdə illik 2 faiz, “Moody's” isə ildə 2,5 faiz artım gözləyir.

Beynəlxalq Valyuta Fondu 2025 – 2026-cı illər üçün müvafiq olaraq 3,5 faiz və 2,5 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı 3 faiz və 2,5 faiz, Asiya İnkişaf Bankı 3,4 faiz və 3,3 faiz, Niderlandın “ING Group”u 2 faiz və 2,5 faiz, Dünya Bankı isə 2025-ci ildə 2,6 faiz, 2026-cı ildə 2,4 faiz, 2027-ci ildə 2,3 faiz səviyyəsində artım proqnozlaşdırır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
5
xalqqazeti.az

10Sources