EN

U20 Avropa çempionatı: Azərbaycan güləşçilərinin dördü bürünc medal uğrunda mübarizə aparacaq

Bakı. Trend:

İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatınınaltıncı yarış günündə sərbəst güləş üzrə daha 5 çəki dərəcəsindəgörüşlərə start verilib.

Trend xəbər verirki, Azərbaycan təmsilçiləri uğurlu çıxışları ilə yaddaqalıblar.

Bəşir Verdiyev (61 kq) türkiyəli Yusuf Kulalıya 5:2, britaniyalıDanuş Jovkara isə 14:4 hesabı ilə qalib gələrək yarımfinalayüksəlib. Yarımfinalda rusiyalı Adlan Saytiyevə 5:17 hesabı iləuduzan Verdiyev sabah bürünc medal uğrunda görüşə çıxacaq.

Omar Gülməmmədov (74 kq) polşalı Antoni Mayrak üzərində 13:3,belaruslu Muslim Maxmudov üzərində isə 12:2 hesablı qələbəqazanaraq yarımfinala vəsiqə əldə edib. Lakin italiyalı Raul Kasoilə qarşılaşmada 2:5 hesabı ilə məğlub olub. O da bürünc medaluğrunda güləşəcək.

Məhəmməd Abbaszadə (86 kq) isveçrəli Nik Şerrerə 10:0, moldovalıAlexandru Borsa isə 5:2 hesabı ilə qalib gəlib. Yarımfinaldatürkiyəli Ahmet Yağana 0:5 uduzan Abbaszadə üçüncü yer uğrundamübarizə aparacaq.

Anar Cəfərli (92 kq) slovakiyalı Fabio Gianettoya 13:0,ukraynalı Yeqor Horoxa isə 9:6 hesabı ilə qalib gələrək yarımfinalayüksəlib. Lakin bu mərhələdə rusiyalı Artur Toqoyevə 0:10 hesabıilə məğlub olub. Cəfərli də sabah bürünc medal uğrunda çıxışedəcək.

Yusif Dursunov (125 kq) parlaq çıxışı ilə fərqlənib. O,bolqarıstanlı Dian Manevə 12:1, polşalı Mixal Dubovskiyə 11:0 vəfransalı Levan Laqvilavaya 13:2 hesablı qələbələrlə tam üstünlükləqalib gələrək finala yüksəlib. Dursunov həlledici qarşılaşmadarusiyalı İnal Qaqloyevlə qızıl medal uğrunda güləşəcək.

Chosen
16
50
az.trend.az

10Sources