EN

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...

Özbəkistan beynəlxalq ticarət daşımalarını sürətləndirmək üçün Xəzər dənizində öz bərələrini işlətməyə çalışacaq. Prezident Şövkət Mirziyayevin Azərbaycana dövlət səfəri təkcə iqtisadiyyat və ticarət üçün deyil, həm də nəqliyyat və logistika əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Çünki hazırda Özbəkistandan daşımaları həyata keçirən bir neçə dəhlizdən biri də ixrac-idxal ticarəti və yükdaşımaların Azərbaycan ərazisindən keçdiyi Orta Dəhlizdir.

Axar.az xəbər verir ki, bunu Özbəkistanın nəqliyyat naziri İlham Mahkamov “Uzbekistan 24” telekanalının efirində Prezident Şövkət Mirziyayevin Azərbaycana uğurlu dövlət səfərini şərh edərkən ifadə edib.

Onun sözlərinə görə, Azərbaycan ərazisindən konteyner dəmir yolu ilə daşımalarda güzəştlər gələn ilin sonuna kimi uzadılıb:

“Bu günə kimi biz Prezidentimizin səfərləri sayəsində konteyner və dəmir yolu nəqliyyatına güzəştlərin qüvvədə olma müddətini 2026-cı ilə qədər 70 faizə qədər uzatmışıq”.

Nazir əlavə edib ki, Özbəkistan yükdaşımalarda gecikmələri azaltmaq üçün Xəzər dənizində öz bərələrini işə salmağa hazırlaşır:

“Biz, həmçinin Xəzər dənizi ilə yükdaşımaların səviyyəsinin yüksəldiyini nəzərə alaraq özbək şirkətləri tərəfindən bərələrin istismarı ilə bağlı danışıqlar aparırıq və bu məsələ üzərində işləyirik. Özbəkistan şirkətləri Türkiyədən olan həmkarları ilə birlikdə Xəzər dənizində bərələrin istismarına qərar verib”.

Chosen
20
12
axar.az

10Sources