EN

Zelenski Trampla telefon danışığının detallarını açıqladı

BAKI, 5 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ilə 4 iyul tarixində baş tutan telefon danışığı “indiyədək ən yaxşı” danışıq olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Yəqin ki, bu, indiyədək baş tutan ən yaxşı, maksimum məhsuldar söhbət idi”, - o deyib.

Ukrayna liderinin sözlərinə görə, danışıqlar zamanı hava hücumundan müdafiə sistemləri (HHM) məsələsi müzakirə olunub. Dövlət başçısı əlavə edib ki, “Patriot” zenit-raket kompleksi (ZRK) ballistik raketlərə qarşı ən yaxşı müdafiə vasitəsidir.

Qeyd edək ki, daha əvvəl “Financial Times” qəzeti yazmışdı ki, Tramp Zelenski ilə söhbəti zamanı Kiyevə silah satışının mümkünlüyünə maraq göstərib. Nəşrin məlumatına görə, dialoqda pilotsuz uçuş aparatlarının və onlarla əlaqəli hərbi texnologiyaların istehsalı da daxil olmaqla, birgə müdafiə layihələri müzakirə olunub.

Chosen
38
50
teleqraf.com

10Sources