
Ukrayna lideri Vladimir Zelenski 4 iyulda ABŞ prezidenti Donald Trampla keçirdiyi danışığı onların indiyə qədərki ən yaxşı söhbəti adlandırıb. Bu barədə o, axşam müraciətində bildirib.“Yəqin ki, bu, indiyə qədər olan ən yaxşı danışıq idi – maksimal dərəcədə məhsuldar keçdi. Biz hava hücumundan müdafiə mövzusunu müzakirə etdik, dəstəyə hazır olduqlarına görə minnətdaram,” – deyə prezident vurğulayıb.Zelenski eyni zamanda Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi ilə bağlı qərarların veriləcəyini də elan edib. İlk növbədə söhbət Patriot hava hücumundan müdafiə sistemlərindən gedir.“Məhz Patriot sistemləri ballistik hücumlardan qorunmanın açarıdır. Biz daha bir neçə vacib məsələni də müzakirə etdik – onları komandalarımız yaxın zamanda keçiriləcək görüşlərdə ətraflı işləyəcək,” – deyə Zelenski bildirib.Prezident əlavə edib ki, ABŞ tərəfi ilə dronlarla bağlı əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsi barədə razılıq əldə olunub. Həftə ərzində Ukrayna Müdafiə Nazirliyi ilə ABŞ-ın aparıcı şirkətlərindən biri arasında müqavilə imzalanıb. Bu müqavilə sayəsində Ukrayna bu il ərzində əlavə yüz minlərlə dron alacaq.Zelenskinin sözlərinə görə, dronların səmərəli istifadəsi üçün istehsal gücü, operatorların peşəkarlığı və interceptor sistemlərinin effektivliyi artırılmalıdır.Ulusum.az
Diqqət Çəkənlər
İranın ali dini lideri müharibədən sonra ilk dəfə göründü - VİDEO
ColognePride 2025: CSD paradı Köln küçələrini bəzəyir - FOTO
Zərif görünən təhlükə: Qaranlıq empat kimdir və sizi necə ələ keçirir?