Əgər Çin lideri Tayvana hücum edərsə, Rusiya Prezidenti Vladimir Putin Avropada ikinci cəbhə aça bilər”.
Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte “New York Times”a müsahibəsində bildirib.
“Əgər Si Cinpin Tayvana hücum etsəydi, o, əvvəlcə bu işdəki kiçik tərəfdaşı – Moskvada yaşayan Vladimir Vladimiroviç Putinə zəng edərdi və deyərdi: “mən bunu etməyə hazırlaşıram və istəyirəm ki, sən də Avropada onlara darıxmağa imkan verməyəsən, NATO ərazisinə hücum edəsən”. Böyük ehtimalla hadisələr məhz bu ssenari üzrə inkişaf edəcək”, – deyə NATO-nun baş katibi deyib.
O qeyd edib ki, Rusiya NATO-ya qarşı yeni çağırışla çıxış etməyə 5–7 il ərzində cəhd göstərə bilər, çünki Rusiya “müasir tarixdə görünməmiş sürətlə və miqyasda özünü bərpa edir”.
“Hazırda onlar (Rusiya) üç ay ərzində NATO-nun bir ildə istehsal etdiyindən üç dəfə çox sursat istehsal edirlər”, – deyə baş katib əlavə edib.
Bizim.Media