EN

Boks millimizin 3 üzvü dünya kubokunda 3-cü oldu

Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş boks üzrə dünya kubokunda bu gün yarımfinal döyüşlərinə yekun vurulub.

Arena.az xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin 3 boksçusu mübarizə aparıb.

Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbayla (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel do Naskimento (Braziliya) ilə və Məhəmməd Abdullayev (+90 kq) Aybek Oralbayla (Qazaxıstan) üz-üzə gəlib. Rəqiblər finala yüksəldiklərindən təmsilçilərimiz bürünc medala yiyələniblər.

Xatırladaq ki, sabah yekunlaşacaq dünya kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.

Chosen
11
13
arena.az

10Sources