EN

Bu gün böyük fəlakət baş verəcək - Yapon kahindən QORXULU PROQNOZ

Yaponiyada görücü Ryo Tatsukinin kəhanətləri ətrafında müzakirələr yenidən qızışıb.

Referans xəbər verir ki, bu barədə "5TV" məlumat yayıb.

Onun davamçılarının iddiasına görə, Tatsuki dəfələrlə fəlakətli hadisələrlə bağlı əvvəlcədən proqnoz verib.

1999-cu ildəki proqnozu xüsusilə diqqət çəkib - Ryo Tatsuki iddia edib ki, 2025-ci il iyulun 5-də Yaponiyadan Filippinlərə qədər olan akvatoriyada güclü zəlzələ və sunami baş verəcək.

Tatsuki öz qeydlərində “qaynayan okean” və “rombşəkilli ölüm zonası”nın formalaşmasını təsvir edib. Bu apokaliptik görüntülər, elmi cəmiyyətin skeptik münasibətinə baxmayaraq, artıq əhali arasında narahatlıq yaradıb. Bəzi turizm şirkətləri Yaponiyaya planlaşdırılan səfərlərin sayında ciddi azalma olduğunu bildirirlər.

Seysmoloqlar xatırladır: “Təbii fəlakətlərə qarşı real müdafiə seysmik davamlı infrastruktur və effektiv xəbərdarlıq sistemləridir, mistik kəhanətlər deyil”

Tatsuki isə, özünün təcrid olunmuş həyat tərzi ilə tanınan bir şəxs olaraq, yuxularına metaforik yanaşılmasını, onların sözün əsl mənasında qəbul edilməməsini tövsiyə edib.

Chosen
6
8
referans.az

10Sources