...Cəmi üç həftə keto pəhrizində olmaqbeyini fərqli şəkildə işlətməyə başlayır: qan tədarükü artır, yaddaş və nevroplastiklik üçün vacib olan BDNF-nin səviyyəsi yüksəlir.
Bu qənaətləri Hollandiyadan olan alimlər çıxarıblar; onların tədqiqatının nəticələri The Journal of Clinical Endocrinology & Metabolism (JCEM) jurnalında dərc olunub.
SİA-nın məlumatına görə, tədqiqatda artıq çəkidən əziyyət çəkən 11 sağlam insan iştirak edib.Altı həftə ərzində onlar normal pəhriz və ketogenik pəhriz arasında növbələşiblər. Hər mərhələdən sonra beyinə qan axını PET və MRT, həmçinin beta-hidroksibutirat və BDNF-nin qan səviyyələri ilə ölçülüb.
…Və məlum olub ki, keto pəhriz fonunda beyinə qan tədarükü orta hesabla 22 faiz, beyindən əldə edilən neyrotrofik faktorun (BDNF) səviyyəsi isə 47 faiz artıb. Üstəlik, keton cisimlərinin səviyyəsi nə qədər yüksəkdirsə, beyində qan daha yaxşı dövr edir. Müəlliflər hesab edirlər ki, keto pəhrizi təkcə koqnitiv pozğunluqlar və Alzheimer xəstəliyi üçün deyil, həm də beyin fəaliyyətinin yaşa bağlı azalmasına qarşı profilaktik tədbir kimi faydalı ola bilər.
Nazlı Almuradova