EN

Həddindən artıq çay içmək də saç tökülməsinə səbəb ola bilər — HƏKİMLƏRDƏN XƏBƏRDARLIQ

Rusiyalı gənc bir kişi uzun müddət hər gün 2 litr adi çay içdikdən sonra vaxtsız saç tökülməsi ilə üzləşib. Müayinələr zamanı qan analizləri və ümumi sağlamlıq göstəriciləri normal çıxsa da, vəziyyətə aydınlıq gətirmək mümkün olmayıb.

İnterpress.az-ın məlumatına görə, problemin kökü gastroenteroloq tərəfindən müəyyən edilib: çayın tərkibindəki bəzi maddələr orqanizmin dəmirin sorulmasını əngəlləməsinə səbəb olur. Bu isə dəmir çatışmazlığına və nəticə olaraq saç tökülməsinə yol aça bilər.

Hazırda pasiyent fərqli bitki çaylarına keçib və orqanizmini bərpa etməyə çalışır. Mütəxəssislər xəbərdarlıq edir: çayın normadan artıq qəbulu, xüsusilə də qara çayın, uzunmüddətli istifadədə mikroelement balansına zərər verə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
5
2
interpress.az

10Sources