AZ

Qidalanmanın enerji balansı və yuxu rejiminə təsiri nədən ibarətdir?

İnsan orqanizmi bir bütöv sistemdir və bu sistemin düzgün fəaliyyət göstərməsi üçün qidalanma mühüm rol oynayır. Gündəlik qida rasionumuz yalnız fiziki sağlamlığımıza deyil, həm də psixoloji vəziyyətimizə, enerjiyə və yuxu keyfiyyətinə birbaşa təsir göstərir.

Qidalanmanın enerji balansı və yuxu rejiminə təsiri nədən ibarətdir?

Mövzu ilə bağlı qida üzrə ekspert Məhsəti Hüseynova Operativ Media-ya açıqlamasında bildirib ki, düzgün və balanslı qidalanma həm enerjili gün keçirməyə, həm də sağlam və rahat yuxuya zəmin yaradır:

“Gün ərzində qəbul etdiyimiz karbohidratlar, zülallar və yağlar orqanizmin əsas enerji mənbəyidir. Xüsusilə kompleks karbohidratlar (təmizlənməmiş taxıllar, tərəvəz və meyvələr) enerjini daha sabit və davamlı şəkildə təmin edir. Əksinə, şəkərli və işlənmiş qidalar qısa müddətli enerji artımı versə də, bu enerji tez tükənir və nəticədə yorğunluq, halsızlıq yaranır. Bu hal diqqət dağınıqlığına və iş məhsuldarlığının azalmasına səbəb ola bilər.”

Ekspertin sözlərinə görə, yuxu keyfiyyəti də qidalanma ilə birbaşa bağlıdır:

“Gecə və səhər saatlarında ağır, yağlı yeməklər qəbul etmək həzm sistemini yükləyir və yuxunun keyfiyyətinə mənfi təsir göstərir. Kofein və şəkər tərkibli içkilər yuxuya getməni gecikdirə, yuxunu isə səthi və narahat edə bilər. Bunun əvəzinə, tərkibində maqnezium və triptofan olan qidalar - məsələn, banan, qoz, süd və s.  sinir sistemini sakitləşdirərək daha dərin və rahat yuxunu təmin edə bilər.”

Yuxu rejimini yaxşılaşdıran qidalar:

  1. Süd və süd məhsulları (qatıq, kefir, pendir)

  2. Banan

  3. Yulaf

  4. Qoz

  5. Çobanyastığı (papatya) çayı

  6. Bal

  7. Kətan toxumu

  8. Badam

  9. İspanaq

  10. Kivi və s.

Rahat yuxu üçün tövsiyələr:

  • Axşam saatlarında ağır, yağlı və kofeinli qidalardan uzaq durun.

  • Yatmazdan 1–2 saat əvvəl yüngül və sakitləşdirici təsirə malik qidalar qəbul edin.

  • Düzgün qidalanma ilə yanaşı, nizamlı yatmaq saatı seçmək və ekran qarşısında (telefon, televizor, kompüter və s.) daha az vaxt keçirmək də yuxu rejiminin tənzimlənməsinə kömək edir.

Seçilən
53
7
operativmedia.az

10Mənbələr