EN

PSJ 9 nəfərlə oynamasına baxmayaraq “Bavariya” qarşısında qələbə qazandı

Atlanta şəhərindəki “Mercedes-Benz Stadium”da 2025-ci ilin klublararası dünya çempionatının dörddəbir final qarşılaşması başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, PSJ klubu Münhen “Bavariya”sını 2:0 hesabı ilə məğlub edib.

Paris təmsilçisinin qollarını 78-ci dəqiqədə Dezire Dur və matçın əlavə vaxtında Usman Dembele vurub. PSJ ikinci qolu 9 nəfərlə oynamasına baxmayaraq vurub — görüşün sonlarında Vil Yam Pako və Lukas Ernandes qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

Matç “Bavariya”nın yarımmüdafiəçisi Camal Musialanın ağır zədələnməsi ilə yadda qalıb. O, Paris klubunun qapıçısı Canluici Donnarumma ilə toqquşma nəticəsində xəsarət alıb.

Yarımfinalda PSJ “Real” və “Borussiya” (Dortmund) cütünün qalibi ilə qarşılaşacaq. Bu qarşılaşma bu gün saat 00:00-da başlayacaq.

Chosen
12
37
90deqiqe.az

10Sources