Türkiyənin “Qalatasaray” klubu Matias Rossla yollarını ayırıb.
KONRKET.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danimarkalı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Qalatasaray” Matias Rossu 2022-ci ilin yayında “Olborq”dan transfer edib. 24 yaşlı futbolçu ötən mövsüm icarə əsasında Çexiyanın “Sparta” klubunun formasını geyinib.