ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
“Flamenqo” “Çelsi”ni məğlub etməklə və qrupunu lider kimi bitirməklə çoxlarını təəccübləndirmişdi. Ona görə də “Atletiko”nun sabiq futbolçusu Filipe Luisin çalışdırdığı Rio de Janeyro təmsilçisinin əzəmətli “Bavariya” önündə necə təsir bağışlayacağı maraqla gözlənilirdi. Həm zədəsini tam sağaltmayan, həm də yaxşı formada olmayan Musiala yenə ehtiyatda qaldı. Amma “rekordmayster” onsuz da işinin öhdəsindən gəldi. Bu turnirdə avtoqolların bolluğu diqqəti çəkir. Elə bu matç da avtoqolsuz ötüşmədi. “Bolonya” və “Fiorentina”nıən sabiq üzvü Pulqarın topu öz qapısına göndərməsi, eləcə də Keynin baxımlı qolu ilə “rekordmayster” artıq 10-cu dəqiqədə ikitopluq üstünlük yaxaladı. “Flamenqo” qollardan birinin əvəzini çıxmağa müvəffəq olsa da, fasiləyə 1:2 ilə yollanmaq mümkün olmadı. Müdafiəçilərin inamsız oyunu Qoretskanın qolu ilə nəticələndi. Təcrübəli futbolçu topu sinəsi ilə qəbul edib başını qaldırıb zərbə vursa da, bu müddət ərzində heç kim ona mane ola bilmədi. Münhen nəhənginin ilk yarıda cəmi 0,34 xG (qol gözləntisi) yaxaladığı halda, üç qol vurması diqqəti çəkdi. Halbuki həm bu göstəricidə, həm də qapıya zərbələrdə “Flamenqo” üstün idi. Braziliyalıların inadkarlığı sayəsində intriqa hələ bir müddət də ölmədi. 2-ci hissənin əvvəlində Olisenin əllə oyununa görə təyin olunan penaltini Jorjinyo dəqiq yerinə yetirdi. Amma “Bavariya” rəqibə bundan artığına nail olmağa imkan vermədi. Oyunun sonlarına yaxın Keyn yenidən səhnəyə çıxdı. İngiltərə yığmasının kapitanı münhenlilərin heyətində 95-ci rəsmi oyunda vurduğu qolların sayını 85-ə çatdırdı! Sane də “Bavariya”da keçirdiyi son oyunda fərqlənməyə yaxın oldu. Ancaq qapıçı ilə təkbətək dueldən məğlub ayrıldı. Bu gündən etibarın ulduz futbolçu rəsmən “Qalatasaray”ın üzvünə çevrildi. Beləliklə, “Benfika”ya uduzaraq fanatlarını məyus edən “Bavariya” bu dəfə çox inamlı təsir bağışladı. Qeyd edək ki, “Bavariya” Vensan Kompaninin rəhbərliyi altında 55-ci oyununu keçirdi (38 qələbə, 9 heç-heçə, 8 məğlubiyyət). Komanda hələ ki bu məşqçi ilə ardıcıl iki məğlubiyyət yaşamayıb. 1/4 finalda bizi möhtəşəm PSJ – “Bavariya” dueli gözləyir.Flamenqo – Bavariya 2:4 (1:3)Flamenqo (Rio de Janeyro, Braziliya): Rossi, Fransa, Ortis, Pereyra, Sandro (Lukas, 81), Pulqar (Allan, 45), Jorjinyo (La Kruz, 81), Jerson (Yan, 81), De Arraskaeta (Pinto, 57), L.Araujo, Plata.Bavariya (Münhen, Almaniya): Noyer, Laymer (Boe, 90+3), Upamekano, Ta, Stanişiç, Kimmix, Qoretska (Pavloviç, 58), Olise, Qnabri (Musiala, 72), Koman (Sane, 58), Keyn (Müller, 90+3). Qollar: Pulqar, 6-öz qapısına (0:1). Keyn, 10 (0:2). Jerson, 33 (1:2). Qoretska, 41 (1:3). Jorjinyo, 54-p. (2:3). Keyn, 73 (2:4).Vərəqələr: Pulqar, 42. Plata, 44. Ta, 44. Allan, 45+3. Fransa, 63. Kimmix, 65. Keyn, 83. Musiala, 87. Laymer, 90+1 – sarı.Hakim: Maykl Oliver (İngiltərə).29 iyun. Mayami. 60914 tamaşaçı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.