EN

Uzaq Şərqdə Rusiya hərbi obyektlərini təmin edən magistral qaz kəməri partlayıb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İyulun 5-nə keçən gecə Rusiyanın Vladivostok şəhəri yaxınlığında magistral qaz kəməri partlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın kəşfiyyat mənbələri məlumat verib.

"Təcavüzkar ölkənin Uzaq Şərqində partlayış və sonrakı yanğın nəticəsində Yapon dənizi sahilləri ilə keçən "Vladivostok" magistral qaz kəmərinin qolları məhv edilib", - deyə mənbələr qeyd ediblər.

Həmçinin bildirilir ki, qaz kəməri xüsusilə Rusiya Silahlı Qüvvələrinin Yapon dənizi sahillərində yerləşən bir sıra hərbi obyektlərini, yəni Rusiya Silahlı Qüvvələrinin Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadasının ayrı-ayrı hissələrini qazla təmin edir.

"Sözügedən qaz kəmərinin bir hissəsi 2025-ci ilin martında istismara verilib. Həmçinin partlayış nəticəsində hərbi qarnizonları içməli su ilə təmin edən su xətti sıradan çıxıb", - deyə kəşfiyyat əlavə edib.

Mənbənin sözlərinə görə, partlayışlar 2025-ci il iyulun 5-də səhər saat 1-2 radələrində baş verib, bundan sonra irimiqyaslı yanğın baş verib. Hadisə yerinə Rusiya xüsusi xidmət orqanları və təmir briqadaları gəlib. Məlumatı yerli əhalidən gizlətmək üçün Vladivostok şəhərinin 165 illiyinin qeyd olunmasını nəzərə alaraq, yerli xüsusi xidmət orqanları Lazurnaya körfəzi (Şamora) ərazisində mobil interneti və rabitəni kəsiblər.

Bir gün əvvəl Baş Qərargah Rusiyanın “Kometa” adaptiv antena massivlərini istehsal edən hərbi-sənaye kompleksinin (MİK) obyektinə uğurlu zərbə endirdiyini bildirdi. Qeyd edilir ki, bu elementlər “Şahed” tipli PUA-larda, “İsgəndər-K” raketlərində, KAB-larda və düşmənin digər yüksək dəqiqlikli silahlarında istifadə olunur.

Bundan əvvəl Ukraynanın "Şahed"lər üçün hissələri istehsal edən daha bir MİK obyektini vurduğu bildirilib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
50
bizimyol.info

10Sources