Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-nin Texas ştatında leysan yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı artıb. SİA xəbər verir ki, bu haqda CNN telekanalı məlumat yayıb. Məlumata görə, Kerr qraflığında 43 nəfər, Burnet dairəsində 3 nəfər, Travis qraflığında 4 nəfər ölüb. Yay düşərgəsində olan 20-dən çox qız da daxil olmaqla onlarla insan itkin düşüb. Texas qubernatoru Qreq Ebbott daha öncə 850-dən çox insanın təxliyə edildiyini bildirmişdi.
ABŞ Prezidenti Donald Tramp federal hakimiyyət orqanlarının daşqının nəticələrinin aradan qaldırılmasında dövlət qurumlarına yardım etdiyini bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.