Yazını böyüt
Yazını kiçilt
Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Hafta.az xəbər verir ki, anqolalı sağ vinger Paulo Quimbila “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Paulonun son klubu Bəhreyn təmsilçisi “Əl-Əhli” olub.
Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu və İsaak Amoahı heyətinə daxil edib.