EN

''Şaxtyor'' Arda Turanın ilk oyununda qalib gəldi

Arda Turanı baş məşqçi postuna gətirən
''Şaxtyor''u diqqət mərkəzində saxlamaqda davam edirik. Yeni mövsümə hazırlığını Sloveniyada keçirdiyi toplanışla davam etdirən Donetsk təmsilçisi ilk dəfə gücünü yoxlama matçında sınayıb.


"Football-plus.az" xəbər verir ki, Ukrayna nəhəngi Xorvatiya təmsilçisi ''Qoritsa'' ilə qarşılaşıb.

Görüşdə qapılara cəmi 1 qol vurulub. Həmin qolun müəllifi ikinci hissənin əvvəllərində ''Şaxtyor''lu Eginaldo olub. Braziliyalı forvard həmyerlisi Pedrinyonun asması zamanı arxa dirəkdə müdafiəçilərin gözündən yayınaraq başla topu tora göndərib. Ötən mövsüm aşağı liqada çempion olmaqla Xorvatiya futbolunun elitasına qayıdan ''Qoritsa'' matçın sonlarına yaxın əks-hücumlarda bəzi fürsətlər yaxalasa da, məğlubiyyətdən qurtula bilməyib.

Beləliklə, ''Şaxtyor'' qeyri-rəsmi də olsa, Arda Turanın başçılığı altında keçirdiyi ilk oyundan qələbə ilə ayrıldı. Komanda ikinci yoxlama matçını sabah ''Slovatsko''ya qarşı keçirəcək. Gələn həftə isə ''Şaxtyor''un avrokubok macərası start götürəcək.

Donetsklilər Avropa Liqasının 1-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi ''İlves'' ilə qarşılaşacaqlar. ''Şaxtyor'' ev sahibi olsa da, məlum səbəblər üzündən oyun Lyublyanada yerləşən ''Stojiçe'' stadionunda keçiriləcək.

Chosen
3
3
football-plus.az

10Sources