ain.az, Footbal-plus saytına istinadən bildirir.
''Şaxtyor'' yeni baş məşqçi Arda Turanın başçılığı altında Sloveniyada keçirdiyi toplanışla mövsümə hazırlığını davam etdirir. "Football-plus.az" xəbər verir ki, Ukrayna nəhəngi sabah ''Qoritsa'', iyulun 6-da ''Slovatsko'' ilə yoxlama matçları keçirəcək. Donetsk təmsilçisi türkiyəli məşqçi ilə ilk rəsmi oyununu isə iyulun 10-da keçirəcək. Həmin vaxt komanda Avropa Liqasının 1-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi ''İlves'' ilə qarşılaşacaq. Bu arada Arda Turanın köməkçilərindən biri olan Utku Alemdaroğlu ukraynalı həmkarlarımıza açıqlamalar verib. Daha öncə Türkiyənin gənclər yığmasında, eləcə də ''Trabzonspor''da köməkçi məşqçi kimi çalışmış 45 yaşlı Alemdaroğlu ''Şaxtyor''da futbolçuların fiziki durumuna görə cavabdehlik daşıyır. Eyni zamanda Pamukkale Universitetinin İdman fakültəsinin professoru olan Alemdaroğlu bunları deyib:
''Belə böyük klubun bir parçası olmaq məni sevindirir. Burda hər kəs bizi xoş qarşıladı. Mən 20 ildi, bu sahədəyəm və futbolçuların fiziki durumunun hazırlığı baxımından böyük təcrübəm var. Arda bütün futbolçuların mənə nifrət etdiklərini deyib? Əslində bu nifrət bütün fiziki hazırlıq üzrə məşqçilərin alın yazısıdı. Çünki biz hazırlıq dönəmində futbolçularla durmadan çalışırıq. Onların indi mənə nifrət etməsini anlayışla qarşılayıram. Amma fikrimcə, zaman ötdükcə futbolçularla aramızda simpatiya yaranacaq. Düşünürəm ki, uzunmüddətli perspektivdə onlar məni sevəcək. Məşqlər ağır keçdiyindən maksimum dərəcədə futbolçuları əyləndirməyə çalışırıq. Meydandan və trenajor zalından kənardakı müddəti maraqlı keçirmələri üçün əlimizdən gələni edirik. Zaman ötdükcə onlar bizim metodlarımıza uyğunlaşacaq. Mövsümü çox tez açmaq məcburiyyətindəyik. Çünki ilk rəsmi oyunumuz artıq iyulun 10-dadı. Bütün futbolçular tətildən yaxşı vəziyyətdə qayıdıb və bu da bizi sevindirir. Onların fiziki testlərinin göstəriciləri bizi qane etdi. Türkiyədən fərqli olaraq burda bizim bir neçə ay davam edən qış fasiləmiz olacaq. Həmin fasiləyə fiziki cəhətdən yaxşı durumda daxil olsaq, mövsümün son bölümünü daha da güclü keçirəcəyik".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.