EN

“Turan Tovuz” 3 yeni məşqçi gətirdi

2025/2026-cı illər mövsümünə hazırlaşan “Turan Tovuz” klubunun əsas komandasında üç yeni təyinat gerçəkləşib.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, qazaxıstanlı Aleksandr Kornilov həkim, italiyalı Marko Kaser fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçentso Çestaro isə atletik hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.

Aleksandr Kornilov vətənində “Spartak” (Semey), “Altay”, “Kayrat” və “Yelimay” komandalarında çalışıb.

Fiziki hazırlıq üzrə məşqçi Marko Kaser İtaliyada “Salernitana”, “Belluno”, “Novara”, Maltada “Valetta” və “Birkirkara”, Tunisdə “Sfaksien”, Qətərdə “Əl-Qarafa”, İranda “Nassaci”, “Traktor” və “Fulad” komandalarında işləyib.

Son olaraq Maltanın “Hamrun” klubunda bu vəzifəni icra etmiş Vinçentso Çestaro isə daha əvvəllər Maltada “Valetta”, Çexiyada “Viktoriya”, İtaliyada “Çavese”, “Focca”, “Avellino” və “Noçerina” kimi klublarda çalışıb.

Hər üç mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevdir. Təcrübəli mütəxəssis ötən mövsümün əvvəlindən Tovuz təmsilçisinə rəhbərlik edir.

Chosen
9
3
arena.az

5Sources