EN

Mərakeşli jurnalistlər Milli Kitabxananda olublar (FOTO)

Bakı. Trend:

İyulun 5-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi iləAzərbaycana səfər edən mərakeşli jurnalistlər Azərbaycan MilliKitabxanasının qonağı olublar.

Milli Kitabxanadan Trend-ə bildirilib ki, direktor professor KərimTahirov Azərbaycan Milli Kitabxanasının dünyanın 57 MilliKitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandumimzaladığını, Mərakeş Milli Kitabxanası ilə isə mövcud müqaviləninoktyabr ayında yenilənəcəyini diqqətə çatdırıb. Beş milyona yaxınkitab fondu olan Azərbaycan Milli Kitabxanasının 2023-cü ildə 100illik yubileyinin qeyd edildiyini vurğulayan direktor MilliKitabxananın dünyanın 95-dən artıq milli və universitetkitabxanaları ilə beynəlxalq kitab mübadiləsi etdiyini söyləyib. O,Azərbaycan Milli Kitabxanasının bir çox beynəlxalq qurumlara da üzvolduğunu deyib.

Direktor son iki ildə Mədəniyyət Nazirliyi ilə birlikdəAzərbaycan Milli Kitabxanasının dünyanın 6 Milli KitabxanasındaAzərbaycan ədəbiyyatı guşəsinin açıldığını diqqətə çatdırıb.Həmçinin Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının,adət-ənənələrinin təbliği istiqamətində Milli Kitabxananın dünyayaaçılan pəncərələrdən biri olduğunu qeyd edib.

Sonra Kərim Tahirov Mərakeşin Elektron Media Nyus jurnalınınjurnalisti Driss Lyakoubi, “Morocco World News” jurnalınınhəmtəsisçisi və direktoru Adnane Bennis, “Maroc Habdo” fransızdillihəftəlik siyasi jurnalın jurnalisti Aissa Amourag və digərjurnalistlər tərəfindən verilən sualları cavablandırıb.

Adnane Bennis tərəfindən “The Self-Determination Delusion: HowActivist Scholars and Journalists Have Hijacked the Western saharaCase” kitabı Azərbaycan Milli Kitabxanasının direktoruna hədiyyəedilib.

Sonra Azərbaycan Milli Kitabxanası ilə tanışlıq olub.

Sonda Kərim Tahirov qonaqlara Milli Kitabxananın 100 illikyubileyi münasibətilə çap olunan “Azərbaycan Milli Kitabxanası”fotoalbomunu hədiyyə edib.

Mərakeşli
Mərakeşli
Mərakeşli
Mərakeşli
Mərakeşli
Mərakeşli
Mərakeşli
Mərakeşli
Mərakeşli
Mərakeşli
Mərakeşli
Mərakeşli
Chosen
4
17
az.trend.az

10Sources