ain.az, Unikal.az portalına istinadən məlumat yayır.
Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yahya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsinin, Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və AYNA-nın əməkdaşları tərəfindən qeyd edilən kəsişmədə monitorinq-təhlillər aparılıb.
"Unikal" xəbər verir ki, bununla yanaşı ərazidə yaşayan sakinlərlə profilaktiki söhbətlər aparılıb, mövcud yol infrastrukturu ilə əlaqədar izahlar verilib, onların təklif və iradları dinlənilib.
Həyata keçirilən monitorinq-təhlillərin nəticəsinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görüləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.