EN

Binəqədidə hərəkətin təşkilində dəyişiklik üçün monitorinq aparıldı


Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yahya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsinin, Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və AYNA-nın əməkdaşları tərəfindən qeyd edilən kəsişmədə monitorinq-təhlillər aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BŞDYPİ məlumat yayıb. 
Bildirilib ki, ərazidə yaşayan sakinlərlə profilaktiki söhbətlər aparılıb, mövcud yol infrastrukturu ilə əlaqədar izahlar verilib, onların təklif və iradları dinlənilib.
Chosen
4
36
yeniavaz.com

10Sources