Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yahya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsinin, Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və AYNA-nın əməkdaşları tərəfindən qeyd edilən kəsişmədə monitorinq-təhlillər aparılıb.
Bu barədə Viral.az-a BŞDYPİ-dən məlumat verilib.
Bildirilib ki, ərazidə yaşayan sakinlərlə profilaktiki söhbətlər aparılıb, mövcud yol infrastrukturu ilə əlaqədar izahlar verilib, onların təklif və iradları dinlənilib.
Son Yazılar:
- Binəqədidə hərəkətin təşkilində dəyişiklik üçün monitorinq aparıldı
- ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistika üzrə əməkdaşlığı müzakirə etdilər
- TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama YAYDI
Həyata keçirilən monitorinq-təhlillərin nəticəsinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görüləcək.