EN

BAEA müfəttişləri İranı tərk etdi

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişlərinin İranı tərk edərək Avstriyaya qayıtdığını elan edib.

"Cebheinfo.az" xəbər verir ki, BAEA-nın sosial media hesabında yayılan açıqlamada bildirilib ki, İsrailin hücumları ilə başlayan 12 günlük toqquşma müddətində İranda olan müfəttişlər agentliyin Avstriyanın paytaxtı Vyanadakı mərkəzinə geri dönüblər.

BAEA-nın rəhbəri Rafael Qrossi isə İranda nəzarət və təsdiqləmə fəaliyyətlərinin ən qısa müddətdə yenidən başlaması üçün Tehranla bu prosesin necə aparılacağına dair danışıqların həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Chosen
21
50
cebheinfo.az

10Sources