“Qalatasaray” “İnter”in qapıçısı Yan Sommerin transferindən imtina edib.
İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı qolkiperin maaş tələbləri İstanbul klubunu geri çəkilməyə vadar edib.
“Qalatasaray” rəhbərliyi isveçrəli futbolçunun yaşı fonunda bu maliyyə şərtlərini qəbuledilməz hesab edir.