Demokrat.az xəbər verir ki, Şimali Kiprin lideri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirib.
O deyib: “Mən Lefkoşanın türk dövlətləri ilə əlaqələrinin inkişafına, o cümlədən ədalətsiz sanksiyaların və embarqoların aradan qaldırılmasına verdiyi töhfəyə görə Azərbaycan və Türkiyəyə təşəkkür edirəm. Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı faktı bizi xüsusilə sevindirir”.
Onun sözlərinə görə, ECO-nun Xankəndidə keçirilən Zirvə görüşü dünya ictimaiyyətində ŞKTC ilə bağlı məlumatlılığı artırıb. “ECO çərçivəsində münasibətlər tarixində ilk dəfə olaraq biz belə yüksək səviyyədə təmsil olunduq, özümüzü böyük bir ailənin bir parçası kimi hiss etdik. Zirvə görüşünün keçirildiyi zalda digər dövlətlərin bayraqları ilə yanaşı ŞKTC bayrağının da asılması Lefkoşanın dialoq tərəfdaşı kimi tanınmasından xəbər verir", - deyə siyasətçi qeyd edib.
10Sources
-
demokrat.az"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" ( 18996550)
-
cebheinfo.azZəngəzur dəhlizi açılır: “İranda türkün prezident seçilməsi...” ( 18995449)
-
senzor.azAzərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi:ERMƏNİSTANLA SAZİŞ LAYİHƏSİNİN MÜZAKİRƏLƏRİ TAMAMLANIB ( 18995287)
-
news.milli.azSülh prosesi Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir ( 18995260)
-
milli.az"Sülh prosesi Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" ( 18995278)
-
dogru.azƏrdoğan: Zəngəzur dəhlizinin açılması strateji hadisəyə çevrilə bilər ( 18995092)
-
turkic.worldSülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir - Elçin Əmirbəyov ( 18994990)
-
day.azSülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir - Elçin Əmirbəyov ( 18994744)
-
icma.azİsrail heyəti atəşkəs üçün Dohaya gedir ( 18994738)
-
cebheinfo.azZəngəzur dəhlizi açılır: “İranda türkün prezident seçilməsi...” ( 18994678)