EN

Zaqatalada ağır qəza, ölən var - Yenilənib

Zaqatalada iki avtomobil toquşub, ölən və xəsarət alanlar var.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə zamanı üç nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

***

DİN-in mətbuat xidmətindən bildirilib ki, Zaqatala rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimovun idarə etdiyi “KIA” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2106”-ya çırpılıb.

Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan “VAZ-2106”-nın  sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə ölüb. 

Həmçinin sonuncu avtomobildəki sərnişin, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, “KIA”nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da hadisə zamanı xəsarət alıb. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

Mübariz Muradov

Chosen
12
6
qafqazinfo.az

10Sources