Siyəzəndə baş verən paraşüt qəzasının təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerində əməliyyat-istintaq qrupu işləyib, polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.
İlkin araşdırma zamanı məlum olub ki, Siyəzənin Beşbarmaq dağı ərazisində həlak olmuş paraşütçü qadın - 36 yaşlı Nuranə Tofiq qızı Özbəkistan Respublikasının Zərəfşah şəhərində anadan olub, Bakı şəhərinin Nəsimi rayonunun Mircəlal küçəsi 36, mənzil 92-də yaşayıb.
Bizim.Media-nın Siyəzənin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nuranə Məcidova Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən Beşbarmaq piri adlanan dağın zirvəsindən atlamaq üçün istifadə edilən paraşütlə uçan zaman küləyin istiqamətini düzgün tənzimləməyib və idarəetməni itirərək, qayalıqlara çırpılaraq həyatını itirib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta