Bunu Demokrat.az-a açıqlamasında tanınmış ekspert Kamran Əsədov deyib.
Onun sözlərinə görə, bu problemin əsas səbəblərindən biri müəllim hazırlığının zəifliyidir:
"Təhsil haqqında Qanunun 21-ci maddəsində göstərilir ki, müəllimlər müasir pedaqoji yanaşmalar, kommunikativ metodlar və interaktiv tədris vasitələri ilə işləməlidir. Lakin real vəziyyət göstərir ki, müəllimlərin əksəriyyəti hələ də köhnə – qrammatika-mətn tərcüməsinə əsaslanan metodlardan istifadə edir.
Bu metod şagirdin dili istifadə etmə bacarığını yox, sadəcə test imtahanına hazırlığını təmin edir. Nəticədə, dil bilikləri passiv yaddaşda qalır, praktik bacarıqlar isə formalaşmır".
Ekspert qeyd edib ki, digər əsas çatışmazlıq resursların, dərsliklərin və tədris mühitinin müasir tələblərə uyğun olmamasıdır:
"Dərsliklər çox zaman nitq bacarıqlarına deyil, yazılı qrammatik qaydalara yönəlib. Ənənəvi dərsliklərdə dinləmə və danışıq bacarıqlarını inkişaf etdirəcək materiallar ya az yer tutur, ya da ümumiyyətlə yoxdur.
Məktəblərdə interaktiv dil laboratoriyaları, multimedia resursları və dil öyrənməyə təşviq edən texnologiyalar isə ya yoxdur, ya da istifadəsiz vəziyyətdədir".
Kamran Əsədov bildirib ki, bu sahədə son illərdə müsbət addımlar atılıb:
"Dövlət proqramları çərçivəsində 5000-dən çox xarici dil müəllimi ixtisasartırma və sertifikasiya təlimlərinə cəlb olunub.
Eyni zamanda, bəzi pilot məktəblərdə danışıq yönümlü dərs modelləri sınaqdan keçirilir. Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə bir neçə məktəbdə müasir texnoloji vasitələrlə təchiz olunmuş dil otaqları fəaliyyətə başlayıb. Lakin bu təşəbbüslər hələ də sistemli və ölkə miqyasında yayıla bilməyib".
Cavidan Mirzəzadə
Demokrat.az
10Sources
-
qaynarinfo.azDİM səhvini etiraf etdi ( 19002439)
-
Ajans.azDİM səhvini ETİRAF ETDİ ( 18997735)
-
cebheinfo.azDİM səhvini ETİRAF ETDİ ( 18997621)
-
7times.azDİM səhvini ETİRAF ETDİ ( 18997360)
-
news365.azDİM səhvini ETİRAF ETDİ ( 18997339)
-
bizim.mediaDİM səhvini ETİRAF ETDİ ( 18996811)
-
valyuta.azDİM səhvini ETİRAF ETDİ ( 18996667)
-
modern.azDİM səhvini ETİRAF ETDİ ( 18996271)
-
yeniavaz.comHəmin rəqəm səhvən 5000 əvəzinə 3000 göstərilib – DİM ( 18995176)
-
yeniavaz.comHəmin rəqəm səhvən 5000 əvəzinə 3000 göstərilib – DİM ( 18995173)