EN

İsrail İranın beş hərbi obyektə zərbəsini gizlətdi

Dogru.az saytından alınan məlumata görə, ain.az bildirir.

“The Daily Telegraph” nəşri peyk görüntülərinin təhlilinə əsasən bildirir ki, İsrail Müdafiə Qüvvələri (İDF) İranın beş hərbi obyektə endirdiyi raket zərbələri barədə ictimaiyyətə məlumat verməyib. Altı raketin İsrailin şimal, cənub və mərkəz hissələrində beş müxtəlif hədəfi vurduğu bildirilib.

Hücumda kəşfiyyat məlumat toplama mərkəzi və logistik baza kimi strateji obyektlərin hədəfləndiyi iddia olunur.

İDF isə zərbələrə dair açıqlama verməkdən çəkinib.

Qeyd edək ki, bundan əvvəl İranın Xarici İşlər Nazirliyi rəhbəri Abbas Əraqçi bildirib ki, Tehran təcavüzün qarşısını almaqla danışıqların bərpasına hazırdır.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
43
dogru.az

10Sources