EN

Klublararası dünya çempionatında son yarımfinalçılar müəyyənləşir

style='margin-bottom:10px;'>

Bu gün klublararası dünya çempionatında son 2 yarımfinalçı müəyyənləşəcək.

QOL.az xəbər verir ki, 1/4 finalda Fransa PSJ-si Almaniya "Bavariya"sı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər oyunda isə İspaniya təmsilçisi "Real" Almaniya "Borussiya"sı (Dortmund) ilə üz-üzə gələcək. Bu matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

İki matçın qalib tərəfləri yarımfinalda bir-birləri ilə qarşılaşacaqlar.

Qeyd edək ki, daha əvvəl "Fluminense" və "Çelsi" yarımfinala adlayıb.

Xatırladaq ki, turnirə iyulun 13-də yekun vurulacaq.

Klublararası dünya çempionatı, 1/4 final

20:00. PSJ (Fransa) - “Bavariya) (Almaniya)

00:00. “Real (Madrid, İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)

Yarımfinal

8 iyul

23:00. "Fluminense" (Braziliya) - "Çelsi" (İngiltərə)

9 iyul

23:00. PSJ (Fransa) - “Bavariya) (Almaniya) / “Real (Madrid, İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)

Chosen
27
7
teleqraf.com

10Sources