MİNGƏÇEVİR, 5 iyul. TELEQRAF
Mingəçevirdə yolda təmizlik işləri ilə məşğul olduğu zaman avtobusun vurduğu qadın vəfat edib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə iki gün öncəşəhərin Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.
Oğuz-Mingəçevir marşurutu ilə hərəkət edən sərnişin avtobusu Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətanət Hacıyevanı vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdi.
Həkimlərin bütün cəhdlərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Mətanət Hacıyevaxəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.