MİNGƏÇEVİR, 5 iyul. TELEQRAF
Mingəçevirdə yolda təmizlik işləri ilə məşğul olduğu zaman avtobus tərəfindən vurulan qadın dünyasını dəyişib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə iki gün öncə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində baş vermişdi.
Oğuz-Mingəçevir marşurutu ilə hərəkət edən sərnişin avtobusu yol süpürən Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətanət Hacıyevanı vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdi.
Həkimlərin bütün cəhdlərinə baxmayaraq M.Hacıyevanın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.