EN

Tramp “Patriot” sistemlərinin Kiyevə verilməsini istisna etmədi

Dogru.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin verilməsini istisna etməyib. O, təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, bu məsələ hazırda nəzərdən keçirilir.

“Biz edə bilərik. Biz bunu nəzərdən keçiririk”, – deyə Tramp vurğulayıb. O, iyulun 4-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında da bu mövzuya toxunduğunu qeyd edib.

Almaniyanın “Bild” nəşri isə yazır ki, Berlin ABŞ-ın silah tədarükünü kompensasiya etmək üçün Ukraynaya öz hesabına “Patriot” sistemləri vermək barədə Vaşinqtonla danışıqlar aparmaq niyyətindədir.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
9
dogru.az

10Sources