EN

Həkim Azərbaycanda çıxış edən əcnəbinin başına “oyun” açdı!

Ötən ilin dekabrında Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a qarşı oyunda ağır zədə alan "Turan Tovuz"un legioneri Denis Marandiçinin yaşıl sahələrə dönüşü ertələnib. Buna səbəb moldovalı müdafiəçinin Portuqaliyada edilən əməliyyatının uğursuz olmasıdır. Sonrakı müayinələr göstərib ki, cərrah üzərinə düşən işi yüksək səviyyədə həyata keçirməyib. Onun ayaq sümüyünün içinə yerləşdirilən dəmir düzgün yerləşdirilməyib, bu da əks-effekt verib.
Marandiçi yaxınlarda növbəti dəfə əməliyyat olunacaq. Dəmir hissəcik həmin yerdən çıxarılacaq və yenisi ilə əvəz ediləcək. Bu səbəbdən Denis oktyabrdan tez fərdi məşqlərə başlamayacaq. Komandaya qoşulması isə ilin sonunadək çəkə bilər.

SPORTİNFO.AZ

Chosen
41
50
sportinfo.az

10Sources