AZ

Almaniyadan hücumçu transfer etdi - Paytaxt təmsilçisi

“Çelsi” Dortmund “Borussiya”sının cinah yarımmüdafiəçisi Ceymi Gittensi transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat verib.

Futbolçu ilə müqavilə 2032-ci ilin yayına qədər bağlanıb. “Transfermarkt” portalının məlumatına görə, transferin məbləği 64,3 milyon avro təşkil edib.

Gittens “Mançester Siti”nin yetirməsidir. Futbolçu Dortmund “Borussiya”sının gənclər komandasına 2020-ci ilin sentyabrında qoşulub. 2022-ci ilin yayından etibarən hücumçu “arılar”ın əsas heyətində çıxış edib.

Ceymi Gittens 2024/2025-ci illər mövsümündə bütün turnirlərdə klub üçün 49 oyun keçirib. 20 yaşlı cinah oyunçusu bu oyunlarda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
2
50
sportinfo.az

10Mənbələr