EN

Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verdi

BAKI. 5 iyul. TELEQRAF

Yaponiyanın cənub-qərbindəki Tokara adaları yaxınlığında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələ ilə bağlı sunami xəbərdarlığı verilməyib. Ölən və yaralananlar olmayıb.

Tokara adaları bölgəsində son günlər seysmik aktivliyin artması müşahidə olunub. Bu müddət ərzində maqnitudası 1-dən yuxarı olan 1180-dən çox, o cümlədən 5-5,5 bal gücündə bir neçə güclü zəlzələ baş verib.

Mütəxəssislər yeraltı təkanların yaxın gələcəkdə də davam edəcəyi ilə bağlı xəbərdarlıq edib və yerli əhalini ayıq-sayıq olmağa çağırıb. Tokara adalarında cəmi 650 nəfərin yaşadığı bir neçə kiçik kənd var.

Chosen
8
15
teleqraf.com

10Sources