EN

Tramp hökumət xərclərinə dair ən böyük qanun layihəsini imzaladı

BAKI, 5 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hökumət xərcləri, vergilər və ölkənin borc tavanı haqqında qanun layihəsini imzalayıb.

Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri qanun layihəsinin ABŞ tarixində vergilərlə bağlı "ən böyük endirimi" nəzərdə tutduğunu qeyd edib.

Eyni zamanda, Ağ Ev rəhbəri sənədin Konqresin hər iki palatası tərəfindən təsdiqləndiyini xatırladıb. Onun sözlərinə görə, belə bir qərar “ən böyük qələbə” idi.

"Bu, tarixdə bu qəbildən olan ən böyük qanun layihəsidir. Bu, əvvəllər heç vaxt olmamışdı", - Amerika lideri sənədi imzalamazdan əvvəl deyib.

Chosen
15
50
teleqraf.com

10Sources