Çin hakimiyyəti Ukrayna problemi və Yaxın Şərqdəki vəziyyətlə bağlı Fransa hökuməti ilə təmasları və koordinasiyanı gücləndirməyə hazırdır...
APA xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ Parisdə Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Çin Ukrayna münaqişəsinin həlli və Yaxın Şərqdəki aktual problemlərin aradan qaldırılması üçün Fransa ilə dialoq və koordinasiyanı gücləndirməyə hazırdır”, – deyə Van İ vurğulayıb.
Poliqon.info