Fransa və Çin İranın nüvə problemi ilə bağlı danışıqların tezliklə bərpa olunmasına kömək etməlidirlər.
APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Parisdə çinli həmkarı Van İ ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
“Diplomatik həll İranın nüvə proqramının yaratdığı narahatlıqlara yeganə cavabdır. Biz tez bir zamanda hərəkət etməliyik ki, bütün tərəfləri danışıqlar masasına qaytaraq”, – deyə Barro vurğulayıb.
Onun sözlərinə görə, İran dərhal Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə tam şəkildə əməkdaşlığı bərpa etməlidir.