525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Hindistanda balıq ovuna çıxan balıqçılardan biri itkin düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Andhra-Pradeş yaxınlığında, Benqal körfəzində baş verib.
Motorlu qayıqla sahildən 28 km aralıda qarmaq atan 26 yaşlı Çodapalli Yerayyanın ovu böyük marlin balığı olub. Yerayya balığı qayığa tərəf çəkərkən müvazinətini itirib və suya düşüb. Marlin balıqçını tilovla birlikdə qayıqdan xeyli uzaqlaşdırıb. Yoldaşları onu xilas eləməyə çalışsalar da, bu, mümkün olmayıb.
Qeyd edək ki, Hindistanda pələng hücumları kimi balıqçıların da tez-tez dənizdə itkin düşməsi adi hal kimi qarşılanır.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.