AZ

Axşam yeyilən meyvə kökəldir, kartof isə xərçəngin qarşısını ala bilər – Dietoloqdan vacib xəbərdarlıq

İnsan sağlamlığının əsasında düzgün qidalanma dayanır. Hətta ana bətnində olan körpənin belə inkişafı ananın qida seçimi ilə birbaşa əlaqəlidir.

Bunu dietoloq Ləman Süleymanova Far.Az-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, qidalanma gündəlik həyatın ayrılmaz hissəsidir və qəbul edilən qidaların kalorisi qədər onu necə istifadə etdiyimiz də çox önəmlidir.

"Gün ərzində 2000–3000 kilokalorilik yeməklə qidalanan insan bu enerjini fiziki aktivliklə sərf edirsə, bu, maddələr mübadiləsinə müsbət təsir edir. Əks halda maddələr mübadiləsi zəifləyir, həzm prosesi çətinləşir və nəticədə artıq çəki, şəkər kimi problemlər yarana bilər", – deyə dietoloq bildirib.

Ləman Süleymanovanın fikrincə, əsas qidalanma günün ilk yarısında olmalıdır: "Günorta saat 3-ə qədər qəbul edilən qidalar daha yaxşı həzm olunur. Axşam saatlarında isə orqanizmin enerjiyə tələbatı azalır, maddələr mübadiləsi zəifləyir. Bu səbəbdən axşam saatlarında meyvə yemək kökəlməyə və qanda şəkərin yüksəlməsinə səbəb ola bilər. "

Dietoloq həmçinin kartofun düzgün şəkildə yeyilməsinin faydasını vurğulayıb: "Kartofun qabığında xərçəngə qarşı qoruyucu maddələr var. Amma bişirmədən əvvəl nişastanın çıxması üçün suda saxlanılması tövsiyə olunur."

Təbii zülal mənbəyi olan lobyanın da faydalı olduğunu bildirən mütəxəssis onun hər gün və xüsusilə ətlə birlikdə qəbul edilməsini düzgün saymır: "Bu, həzmi çətinləşdirə, mədə turşusunu artıra və təzyiq problemi yarada bilər."

O, toyuq ətindən də danışaraq bildirib ki, yalnız təbii formada böyüdülmüş toyuq əti faydalıdır: "Süni üsullarla yetişdirilən toyuqlar uşaqlarda hormonal pozuntulara səbəb ola bilər."

Qırmızı ətin dəmir, protein və vitaminlərlə zəngin olduğunu deyən Ləman Süleymanova bildirib ki, bu qida əzələ gücünü artırmaqla yanaşı, dəriyə də müsbət təsir edir.

Ən çox kalori yağ və qoz-fındıqda var

– Zeytun yağı – 884 kcal / 100 g
– Kokos yağı – 862–895 kcal / 100 g
– Toyuq budu (dəri ilə) – 427 kcal / 100 g
– Qoyun əti – 254 kcal / 100 g
– Mal əti – 320–480 kcal / 100 g
– Qızıl kartof – 72 kcal / 100 g
– Lobya və paxlalılar – 115 kcal / 100 g
– Qoz, badam, toxumlar – enerji və yağ baxımından zəngin

Sonda mütəxəssis xəbərdarlıq edir: "Heç bir qidanı tamamilə rasiondan çıxarmaq düzgün deyil. Hər şeydən az miqdarda, balanslı şəkildə istifadə etmək ən doğrusudur. Qidanı düşmənə yox, dostuna çevirmək bizim əlimizdədir."

Şahanə Xankişiyeva

Seçilən
4
50
far.az

10Mənbələr