EN

Ukraynaya yardım etmək istəyən ölkələr koalisiyası heç bir ciddi nəticə əldə etməyib

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bildirib ki, Ukraynaya yardım etmək istəyənlər koalisiyası heç bir ciddi nəticə əldə etməyib.

Onun sözlərinə görə, Avropa ölkələrinin formal birləşməsi “yalnız mövcudluğu ifadə edir” və hərbi əməliyyatların gedişinə heç bir təsir göstərmir.

Andrey Kelin bildirib ki, “koalisiya” bu avantüra üçün lobbiçilikdə heç bir ciddi nəticə əldə etməyib və “Ukrayna dostlarının” növbəti toplantısına çevrilib. Səfirin sözlərinə görə, “koalisiya” ilk növbədə ABŞ prezidenti Donald Trampın diqqətini cəlb etmək üçün yaradılıb. “Nəticədə diqqət Ukrayna qoşunlarının təliminə yardıma və Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına yönəldilib”, – o əlavə edib.
Qeyd edək ki, koalisiya martın əvvəlində Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaranıb.

Martın 27-də keçirilən sammitdə 30-a yaxın ölkənin rəsmiləri iştirak edib və burada digər məsələlərlə yanaşı, Ukrayna ordusunun gücləndirilməsi və Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ssenariləri müzakirə olunub.

//Samir Qurbanov, Editor.az

Chosen
35
50
editor.az

10Sources