"Xəstənin əməliyyat olunmayacaq patalogiyası var idi. Sadəcə qanamasına görə onu əməliyyat etməli olduq".
Ölkə.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında 32 saat fasiləsiz davam edən və tibdə nadir sayılan əməliyyatı uğurla həyata keçirən neyrocərrah Pərvin Mirzəliyev deyib.
O, əməliyyatın müddətinin çox çəkməsinin səbəbinə aydınlıq gətirərək bildirib:
"Ən böyük səbəbi qanamaya tam hakim ola bilməməyimiz idi. Əməliyyatda dörd beyin cərrahı iştirak edib, üç anestezioloq komandası dəyişib, mən isə 4-5 saatdan bir fasilə vermişəm. Ölüm riski yüksək əməliyyat idi".
P.Mirzəliyev qeyd edib ki, əməliyyat uğurla bitənə qədər onun uzanmasında heç bir problem yoxdur:
"Buna сərrah, anestezioloq komandası qərar verə bilər. Xəstə hazırda danışır, deyib-gülür. Bu mənim üçün "Ginnesin Rekordlar Kitabı"na düşmək kimi bir şeydir".
Daha ətraflı süjetdə: