Ajans.az xəbər verir ki, üç ölkə liderinin əl-ələ tutaraq səmimi söhbət etmələri nəzərlərdən yayınmayıb. Pakistan Baş naziri coşqulu şəkildə "Türkiyə, Azərbaycan və Pakistan zindəbad" deyərək, üç ölkənin birliyini və həmrəyliyini vurğulayıb. Ərdoğan isə buna "Maşallah" deyərək, qarşlıq göstərib. Prezident İlham Əliyev Xankəndidə onların qarşısındakı yeni inşa edilən otel barədə Prezident Ərdoğana məlumat verib. Bu səmimi tarixi görüş regionda sülh və əməkdaşlıq mesajı verən bir an olaraq yadda qalıb.

Ajans.az görüşdən olan qısa videonu sizlərə təqdim edir: