AZ

Pezeşkianı Xankəndinə gəlməkdən kiim çəkindirmək istəyib?

“Bəziləri bu səfərin təhlükələrlə müşayiət oluna biləcəyini və ya yolda problemlər yarana biləcəyini desələr də, səfər təhlükəsiz keçib”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “Hamshahri Online”  İran Prezidenti Məsud Pezeşkiana istinadən yazıb. 

Pezeşkian Türkiyə və Azərbaycan prezidentləri ilə görüşdən danışıb:

"Türkiyə Prezidenti ilə söhbət çox yaxşı və konstruktiv keçdi, həm iqtisadi məsələlər, həm də sionist təcavüzü məsələsi müzakirə edildi. Türkiyə Prezidenti sionist rejimin təcavüzünü açıq şəkildə pisləyib və gələcək diplomatik koordinasiya ilə bağlı məsləhətləşmələr aparılıb".

İran Prezidenti əlavə edib:

“Bizim Azərbaycan Prezidenti ilə söhbətimiz də müsbət və dostluq şəraitində keçdi. İqtisadi və regional əməkdaşlıq sahəsində yaxşı nəticələr əldə olundu”.

Məlum olduğu kimi, Pezeşkian Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin rəhbərləri səviyyəsində Zirvədə iştirak edib. İran Prezidentinin bu səfər boyunca keçirdiyi görüşlər, onun Azərbaycan və Türkiyə prezidentləri ilə səmimi söhbətləri hələ də müzakirə olunur.

Azərbaycan və İran prezidentlrinin ünsiyyət zamanı Azərbaycan dilindən istifadə etməsi, konstruktiv və səmimi münasibətlər iki ölkə arasında vəziyyətin gərginləşdirilməsi xülyasına düşənlərin ümidlərini puça çıxarıb. Pezeşkianın də səfərdən sonra Xankəndi Zirvəsi barədə İran mətbuatına açıqlaması ölkələr arasından münasibətlərin bundan sonra da hansı istiqamətdə inkişaf edəcəyini söyləməyə əsas verir. 

Pezeşkian bu müsahibəsi ilə İran daxilində də Azərbaycanla münasibətlərin gərginləşməsini istəyənlərin, buna eyham vuranların olduğunu göstərmiş oldu. Amma Azərbaycan rəhbərliyinin apardığı uğurlu xarici siyasət, diplomatik mövqe İranla da münasibətlərin qarşılıqlı əməkdaşlıq, bölgədə sülh və təhlükəsizliyin təmini üçün əsas faktor kimi dəyərləndirilməlidir.

Seçilən
18
16
cebheinfo.az

10Mənbələr