Almaniyanın şərqindəki Saksoniya və Türingiya əyalətlərində baş verən iki böyük meşə yanğınına 1000-dən çox təcili yardım işçisinin müdaxilə etdiyi bildirilir.
Operativ Media xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.
Haydehaeuserin Vülknits rayonunda 100-ə yaxın sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Bölgə həmçinin sakinləri mümkün evakuasiyaya hazırlaşmağa, pəncərə və qapıları bağlı saxlamağa, havalandırma və kondisioner sistemlərini söndürməyə çağırıb.