AZ

Çimərliklərdə təhlükəsizlik üçün görülməli tədbirlər

Yay aylarında insanlar istirahət üçün daha çox çimərlikləri seçirlər. Çimərliklərdə günəş, dəniz və təmiz hava həm fiziki, həm də mənəvi rahatlıq gətirir. Lakin bu gözəl istirahətin faciəyə çevrilməsidə mümkündür.

Çimərliklərin təhlükəyə çevrilməsində insan faktorunun rolu nədən ibarətdir və təhlükəsizlik üçün hansı tədbirləri görməliyik?

Təhlükəsizlik eksperti Orxan Musayev Operativ Media-nın suallarını cavablayıb.

Ekspert bildirir ki, çimərliklərdə təhlükənin yaranması birbaşa insan diqqətsizliyindən yaranır:

“Çimərlikdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru səbəbilə baş verir. 
Dəniz istirahəti insanların diqqətini cəlb edən istirahət növlərindən biridir. Amma bu gözəllik insanların həyatına qəfil şəkildə son qoya bilir.
Spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək adi bir davranış hesab olunur. 
İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Bu məkanlarda çünki, FHN-nin xüsusi xilasedici heyəti mövcuddur. Hər hansı bir fövqəladə hal baş verərsə, çevik şəkildə müdaxilə etmək imkanları var. Nəzarətsiz çimərliklərdə xilaedici heyət olmadığına görə hər hansı bir fövqəladə hal baş verərsə insan həyatını xilas etmək mümkün olmur. 
Nəzarət olunan çimərliklərdə suyun dərinlik dərəcəsi müəyyən olunub və ayaqaltında insanlara xəsarət yetirəcək daşlar, qayalar təmizlənir.
Dənizə girməzdən əvvəl hava şəraiti nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə metereoloji faktorub ucbatından özlərini itirə bilirlər. 
Çimərliklərdə müəyyən olunmuş qaydalar pozulduqda həm ictimai qınaq, həm də inzibati qayda da cərimə tədbirləri görülməlidir ki, insanlar belə hallardan çəkinsinlər”.

Çimərliklərdə təhlükəsizlik üçün hansı tədbirləri görməliyik?

•  Yalnız nəzarət olunan çimərliklərə gedilməlidir;
•  Xilasedici olan ərazilərdə üzməyə üstünlük verilməlidir;
•  Dərinliyə üzmək olmaz, xüsusilə üzməyi yaxşı bacarmayanlar;
•  Uşaqları daim nəzarətdə saxlamaq lazımdır;
•  Xəbərdarlıq nişanlarına və lövhələrə diqqət yetirilməlidir;
•  Günorta saatlarında (12:00–16:00) günəş altında çox qalmaq olmaz;
•  Çimərlikdə kəsici və təhlükəli əşyalarla gəzmək olmaz və s.

Seçilən
9
50
operativmedia.az

10Mənbələr