EN

Makron indi də canavar ovuna ÇIXIR

Fransa prezidenti Emmanuel Makron fermerlərin sürülərini qoruya bilməsi üçün ölkədə canavarların məhv edilməsinə icazə verən qanun təşəbbüsünü irəli sürməyini planlaşdırır. 

Bizim.Media xəbər verir ki, məlumatı Politico jurnalı yayıb.

"Biz canavarların kənd təsərrüfatımıza təhlükə törətməsinə imkan verməyəcəyik. Onların böyük bir hissəsindən xilas olmalıyıq", - dövlət başçısı bildirib.
 

Makron təşəbbüslə bağlı mümkün tənqidlərə də cavab verib və bildirib ki, “canavarların yaşadığı ərazilərdən bixəbər olan və mal-heyvanı olmayan insanlara tənqid etmək asan gəlir. Gedib iki gün orda yaşasalar, anlayarlar”.  


Xatırladaq ki, 2024-cü il dekabrın 3-də Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyenin ponisinə hücumdan sonra canavarların ovlanmasına icazə verilib. 

Bizim.Media

Chosen
5
34
bizim.media

10Sources